EN

İsrailin Yəməndəki hava hücumlarında ölənlərin sayı artıb

Bakı, TurkicWorld, Nailə Babazadə

İsrail ordusunun Yəmənin paytaxtı Səna və Cövf şəhərlərinə endirdiyi hava hücumlarında həlak olanların sayı 46 nəfərə yüksəlib.

TurkicWorld xəbər verir ki, Husilərin nəzarətində olan rəsmi SABA xəbər agentliyinin məlumatına görə, 10 sentyabrda İsrail ordusu tərəfindən həyata keçirilən hücumlarla bağlı ölən və yaralananların sayı yenilənib.

İsrailin Yəməndəki hücumlarında 35 nəfər həlak olub, 131 nəfər yaralanıb.

Xəbərə görə, Səna və Cövf şəhərlərinə edilən hücumlarda həlak olanların sayı 46 nəfərə, yaralananların sayı isə 165 nəfərə çatıb.

Həlak olanlardan 5-nin uşaq, 11-nin qadın olduğu, yaralananlardan isə 31-nin uşaq, 29-nun qadın olduğu bildirilir.

Əvvəlki məlumatda İsrailin Yəmənin paytaxtı Səna və Cövf şəhərlərinə təşkil etdiyi hava hücumlarında 35 nəfərin öldüyü, 131 nəfərin yaralandığı açıqlanmışdı.

Chosen
51
1
turkic.world

2Sources