EN

Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Reyting.az-a bildirilib ki, tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum edilmiş Ruslan Ramazanlı saxlanılıb. Ondan sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi 13 kiloqram marixuana aşkarlanıb.Araşdırmalarla R.Ramazanlının narkokuryerliyə cəlb edildiyi və marixuananı maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
21
reyting.az

10Sources