EN

Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib

Rusiyanın Sankt-Peterburqun şəhərində yerləşən Pulkovo hava limanı da daxil olmaqla dörd hava limanında gecə saatlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.

"İvanovo (Yujnı), Pskov, Pulkovo, Yaroslavl (Tunoşna) hava limanlarında təyyarələrin gəliş-gedişinə gecə saatlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda deyilir.

Chosen
25
5
operativmm.az

6Sources