EN

Müəmma: Ruslar Ermənistan pivəsinə möhtac qalıblar?

Yanvar-iyun aylarında Rusiya bazarına erməni pivəsinin tədarükü təxminən 9 dəfə artıb/

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” BMT-nin “Comtrade” platformasına istinadən məlumat yayıb.

Əgər 2024-cü ilin birinci yarısında Rusiya Federasiyası Ermənistandan 576,3 min dollarlıq pivə alıbsa, cari ilin eyni dövründə idxal artıq 5,12 milyon dollara yüksəlib. Eyni zamanda bu Zaqafqaziya respublikasının bazarına Rusiya pivəsinin idxalı cəmi 18 faiz artıb.

Eyni zamanda, Almaniya Ermənistana pivə tədarükünü 2,3 dəfə artıraraq 1,5 milyon dollara, Çexiya isə 2,5 dəfə artıraraq 700 min dollara çatdırıb. Bundan əlavə, Belçika pivəsinin idxalı 267 min dollara, İrlandiya pivəsinin idxalı isə 5 dəfədən çox (279 minə) artıb.

Chosen
50
publika.az

1Sources