EN

Azərbaycan neftinin qiyməti yenidən 68 dollara enib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti yenidən 68 dollara enib. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,90 ABŞ dolları və ya 1,3% azalaraq 68,12 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,02 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Chosen
15
13
sia.az

10Sources