EN

Qarabağ ın rəqibi Laporteni aldı

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Atletik" yeni transfer edib.

QOL.az İspaniya  klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bilbao təmsilçisi "Əl-Nəsr"dən (Səudiyyə Ərəbistanı) Eymerik Laporte ilə anlaşıb.

İspaniyalı müdafiəçi ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Laporte 2011-ci ildən 2018-ci ilə kimi "Atletik"də çıxış edib. O, "Əl-Nəsr" klubunun heyətində meydana çıxdığı 27 oyunda 4 qol vurub.

Xatırladaq ki, Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də Bilbaoda keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
71
2
qol.az

3Sources