EN

BMT son zəlzələlərdən sonra Əfqanıstana yardım miqyasını genişləndirir

Bakı. Trend:

Əfqanıstanın şərqində baş verən son zəlzələlərdən sonra BMT-nintəşkilatı olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) yardımınmiqyasını genişləndirir

Trend-inməlumatına görə, bu barədə BMT öz saytında məlumat yayıb.

Məlumata görə, BMqT zərər çəkmiş, evlərindən didərgin düşmüş vəsığınacaq, çadır, yorğan və zəruri əşyalara ehtiyacı olan 134 mininsana kömək etmək üçün təcili olaraq 16,8 milyon dollar tələbedir.

"Əhalinin tibbi yardıma, psixososial dəstəyə, eləcə də təmiz suvə gigiyena vasitələrinə ehtiyacı var. Qadınlar və qızlar indikişəraitdə, o cümlədən şəxsi həyatın olmaması səbəbindən riskaltındadırlar", - məlumatda deyilir.

Qeyd edək ki, avqustun 31-də və sentyabrın 4-də baş verən güclüzəlzələlər Əfqanıstanda ciddi dağıntılara səbəb olub. Zəlzələnəticəsində 2100-dən çox insan həlak olub, 3600-dən çox insanyaralanıb. Ən çox dağıntılara Kunar, Nangarhar əyalətləri vəLaqmanın bir hissəsi məruz qalıb.

Chosen
20
5
az.trend.az

7Sources