EN

Tramp Rusiyanı Çindən qoparmaq istəyir

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

Sırf rasional arqumentləri götürsək (əgər varsa) Trampın ətrafı Çinin ABŞ-ın ortamüddətli perspektivdə əsas strateji rəqibi olması ilə nəticələnir. Tramp isə Nikson-Kissincer təcrübəsini əyri şəkildə təkrarlamaq istəyir - Rusiyanı Çindən qoparmaq.

Bunu "Xalq Cəbhəsi"nə Vətəndaş Cəmiyyəti Problemlərinin Araşdırma Mərkəzinin direktoru (Kiyev, Ukrayna) Vitali Kulik deyib.

"Əgər Nikson 1970-ci illərdə sosialist blokunu parçalaya və Çini SSRİ-nin nəzarətindən çıxara bildisə, Tramp Rusiya ilə də eyni şeyi etmək - Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlığı məhv etmək istəyir. Bu, xəyali ideya demək olar ki, Trampa yaxın ekspert dairələri arasında məşhurdur.

Onlar hesab edirlər ki, nə qədər ki, Rusiya Federasiyası ilə ÇXR-i parçalamaq üçün ən kiçik bir ehtimal var, Moskva ilə qarşıdurmaya girmək olmaz və Putinlə sona qədər sövdələşmək lazımdır - politoloq deyib.

Kulikin fikrincə, əgər Tramp Putinlə vəziyyəti gərginləşdirmək istəmirsə, qalan yeganə seçim sanksiyalar və iqtisadi təzyiqdir. Və burada ABŞ-ın çox təsirli arqumentləri yoxdur: "ABŞ nəinki neftin qiymətini endirməkdə, hətta bunun üçün şərait yarada bilmədi – nə Səudiyyə Ərəbistanı, nə də OPEC Trampı dəstəklədi. Venesuelada rejim dəyişikliyi riskli bir işdir və bunun neft bazarının çökməsinə gətirib çıxaracağı bəlli deyil".

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
1
icma.az

2Sources