EN

Şahdağ Turizm Mərkəzində dava: Sürücü qaraj müdirinin burnunu sındırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qusarda Şahdağ Turizm Mərkəzində dava olub.
Oxu.Az-ın məlumatına görə, hadisə turizm mərkəzinin qarajında baş verib. Şamaxı rayon sakini, 1977-ci il təvəllüdlü Zaur Abdullayev turizm mərkəzində sürücü vəzifəsində işləyir. Qaraj müdiri Nizami Manafov hər gün sürücüləri yığaraq onlara tapşırıq verirmiş.
Bir neçə gün öncə N.Manafov yenidən sürücülərə tapşırıq vermək üçün toplantı keçirir. Həmin vaxt onun tətbiq etdiyi qaydaya sürücü sürücü Z.Abdullayev etiraz edir. Etiraz mübahisə ilə nəticələnir və Z.Abdullayev N.Manafovun sifət nahiyəsinə kəllə ilə zərbə endirir.
Hadisə nəticəsində müdirin sifət nahiyəsi ciddi xəsarət alır, burnu sınır.
Hadisə yerinə polis əməkdaşları gəlirlər və sürücü saxlanılır.
Faktla bağlı cinayət işi başlanaraq, iş məhkəməyə göndərilir.
Qusar Rayon Məhkəməsinin hökmü ilə Z.Abdullayev aylıq qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla altı ay islah işləri cəzasına məhkum edilib.
Samir Əli
Chosen
20
oxu.az

1Sources