EN

Kipr klubu Meksika millisinin 40 yaşlı qapıçısını transfer etdi

Meksika millisinin qapıçısı Gilyermo Oçoa Kipr AEL ilə müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı meksikalı uğurlu tibbi müayinədən keçməklə müqavilə imzalayacaq.

"Biz Oçoanın təcrübəsi, şəxsiyyəti və liderlik keyfiyyətlərinin heyətimizi əhəmiyyətli dərəcədə gücləndirəcəyini, oyunçulara keyfiyyət və inam gətirəcəyini, həmçinin gənc oyunçularımızı ruhlandıracağını gözləyirik. AEL onu böyük ailəsində salamlayır və ona mavi-sarı köynəkdə uğurlar arzulayır", - deyə paylaşımda qeyd edilib.

Sentyabrın əvvəlində İspaniyanın “Marca” qəzeti Oçoanın "Burqosl"a danışıqlardan qaçdığını yazmışdı. O, sənədləri imzalamazdan əvvəl qəhvə içmək üçün ofisindən çıxıb, sonra şəhəri tərk edib və telefonlarına cavab verməyi dayandırıb.

Chosen
44
operativmedia.az

1Sources