EN

Trampdan növbəti “dahiyanə“ şərh: “Rusiya dronları Polşaya səhvən uçub...“

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Polşadakı Rusiya pilotsuz təyyarələri ilə bağlı danışıb. O bildirib ki, sentyabrın 10-na keçən gecə Rusiya pilotsuz təyyarələrinin hücumu səhv ola bilərdi.

Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə "Clash Report" nəşri yazıb.

Polşanın hava məkanını pozan Rusiya pilotsuz təyyarələri ilə bağlı insidenti şərh edən Donald Tramp deyib ki, bu, “səhv ola bilərdi”.

"Bu, səhv ola bilərdi. Amma buna baxmayaraq, mən bütün vəziyyətdən razı deyiləm. Amma ümid edirəm ki, bu, tezliklə bitəcək", - ABŞ prezidenti bildirib.

Polşanın xarici işlər naziri daha əvvəl bildirmişdi ki, Kreml lideri Putin münaqişəni gərginləşdirmək üçün NATO-nu pilotsuz təyyarələrlə təxribat edir. Sikorski diktatorun əsl niyyətini açıqlayıb və deyib ki, Putin təkcə Trampı ələ salmaqla kifayətlənmir, həm də Ukraynaya qarşı genişmiqyaslı müharibəyə son qoymaq niyyətində deyil.

Qərb mediası da yazır ki, Kreml  təntənə içindədir və ABŞ-ın zəifliyindən həzz alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
moderator.az

2Sources