EN

Hindistanla ticarət müqaviləsi yalnız Rusiya neftini almağı dayandırdıqdan sonra bağlanacaq – Lutnik

ABŞ Hindistan Rusiya neftini almaqdan imtina etdikdən sonra onunla ticarət müqaviləsi bağlaya bilər. Musavat.com xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Hovard Lutnik deyib.

O, CNBC-yə müsahibəsində bildirib ki, "Hindistanla hər şeyi həll edəcəyik. Hindistan bütövlükdə öz bazarını açmalıdır və Rusiya neftini almağı dayandırmalıdır. Düşünürəm ki, onlar Rusiya neftini almağı dayandırdıqda hər şey həll olunacaq".

Qeyd edək ki, avqustun 6-da ABŞ Hindistanın Rusiyadan neft və neft məhsullarını alması ilə əlaqədar ona 25 faiz əlavə rüsumlar tətbiq edib. Beləliklə, Hindistan əmtəə və xidmətlərinin idxalı tarifləri 50 faizə qədər artırılıb.

 

Musavat.com

 

Chosen
32
4
musavat.com

6Sources