EN

Latviya Rusiya və Belarusla sərhəddə hava məkanını bağlayıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Latviya Rusiya və Belarusla sərhəddə hava məkanını bağlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın LSM dövlət televiziyası müdafiə naziri Andris Sprudsa istinadla məlumat yayıb.

Onun sözlərinə görə, cümə axşamı yerli vaxtla saat 18:00-dan başlayaraq ən azı bir həftə ərzində sərhəd üzərində uçuşlar qadağan ediləcək.

Chosen
67
1
azertag.az

2Sources