ain.az, Oxu.az portalına istinadən məlumat verir.
"Zənginləşdirilmiş nüvə materialı İsrailin hücumlarından sonra obyektlərin qalıqları altındadır".
Oxu.Az-ın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.
"Bütün materiallarımız bombalanmış obyektlərin qalıqları altındadır", - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, İranın Atom Enerjisi Təşkilatı ölkənin Ali Milli Təhlükəsizlik Şurasına məruzə etmək üçün onun vəziyyətini qiymətləndirir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.