EN

Bakıda bağçada uşağa qarşı kobud rəftar edən tərbiyəçi işdən çıxarılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən gün Bakının Xətai rayonunda yerləşən "Predu" uşaq bağçasının Həzi Aslanov filialında tərbiyəçinin azyaşlı uşağa qarşı kobud rəftarı ilə bağlı videogörüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, tərbiyəçi 3 yaşlı qızı döşəmədə sürüyüb.
Bağçanın nümayəndəsi Samirə Muradova Xəzər TV-yə bildirilib ki, yayılan kadrlar bir neçə ay əvvəl çəkilib və həmin işçi artıq işdən azad olunub:
"Valideyn görüntüləri bizə təqdim etdikdən sonra işçini dərhal işdən azad etdik və tədris prosesinə davam etdik. Uşağın nevroloji problemləri var idi, valideyn gündüz saatlarında bağçaya gəlib ona dərman verirdi. Həmin dərman aqressiya yaratdığından digər valideynlər narahatlıq ifadə etmişdilər. Buna görə valideynə reabilitasiya tipli mərkəzlərə müraciət etməsi tövsiyə olunub. Lakin valideyn bağçanı tərk etmək istəməyib və digər 4 uşağın ödənişini ödəyəcəyini də bildirib".
S.Muradova həmçinin qeyd edib ki, hadisədən sonra üç nəzarətçi də işdən kənarlaşdırılıb və məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Onun sözlərinə görə, valideynin qeyd etdiyi ödəniş məbləği də həqiqəti əks etdirmir.
Daxili İşlər Nazirliyindən (DİN) isə bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
Chosen
27
36
oxu.az

10Sources