EN

İsrailin Türkiyə ilə birbaşa hərbi qarşıdurmaya girmək potensialı yoxdur

ain.az, Newscenter.az portalına istinadən məlumat verir.

İsrailin Qətərin partaxtı Dohada HƏMAS qruplaşmasının siyasi simalarına qarşı həyata keçirdiyi hərbi əməliyyat regiondakı mürəkkəb geosiyasi vəziyyəti daha da qəlizləşdirən addımıdır. Təl-Əvivin yanaşmasının strateji dərinliyi bir neçə məqama bağlıdır. Bura Türkiyə-İsrail, İsrail-İran və İsrail - Ərəb dünyası arasında münasibətlərin ziddiyətli tərəfləri daxildir.İlk növbədə onu qeyd etmək lazımdır ki, bu əməliyyat İsrailin HƏMAS - a yönəlik hərbi kompaniyasındakı qərarlığını təsdiq etməklə yanaşı qruplaşmanın sığındığı istənilən ölkənin hədəfdə olduğunu nümayiş etdirmək baxımından diqqət çəkir. Netanyahu hökuməti HƏMAS- ı tamamilə məhv etməklə Yaxın Şərqin siyasi gündəliyində yeni səhifə açmağı planlaşdırır. Təbii ki, indiki situasiyada qruplaşmanı dəstəkləyən əsas qüvvə Türkiyə-Qətər ikilisidir. İran ardıcıl zərbələrdən sonra regiondakı ən zəif bənddir. Onun hərbi-siyasi qanadları demək olar ki, sıradan çıxarılıb və Tehranın çəkilməsi fonunda mövcud boşluqları Ankara doldurur. Təl-Əvivin Ankaranın Suriyadan başlayan yayılmaq politkasına həm bu cür gedişlərlə zərbə endirməyə çalışır, həmdə Suriyada daxili parçalanma ssenarilərini qüvvətləndirməklə xaos yaradaraq qardaş ölkəni bataqlığa sürükləmək cəhdləri edir. Eyni zamanda İsrail ABŞ - Türkiyə yaxınlaşmasından da olduqca narahatdır.İsrail rəsmiləri məlum əməliyyatı tək başlarına reallaşdırdıqlarını bildirsələr də, ABŞ prezidenti Donald Trampın açıqlaması Vaşinqtonun məsələdən xəbərdar olduğunu dəqiqləşdirir. Maraqlı nüans odur ki, Tramp niyə Netanyahuya mane olmadı? Hər kəs bilir ki, İsrail Birləşmiş Ştatların dəstəyi olmadan bu qədər rahat şəkildə hərəkət edə bilməz. Ancaq bu situasiya ilk növbədə ABŞ - Qətər, geniş spektrdə Ərəb ölkələri ilə münasibətlərə xələl gətirir. Tramp prezident seçildikdən sonra ilk işlərdən biri kimi Bayden-Blinken tandeminin Ərəb ölkələri əlaqələrdə yaratdığı çartları təmir etməyə başladı və ölkəsi üçün trliyonlarla dollar investisiya qoyuluşu sözləri aldı. İndi isə İsrailin hərbi kompaniyası ABŞ-ın həmin vəsaitlərdən məhrum olması riskini artırır. Çünki Ərəb dünyasının lokomotivləri olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər Ağ Evin Təl-Əviv üzərindəki rolunu demək olar ki, hər addımda hiss edir. Bu isə ABŞ-Ərəb ölkələri və Çin vektorunda Pekinə yeni fürsətlər yaradır.Bununla yanaşı, mövcud situasiya İbrahim Sazişinin genişlənmə perspektivlərini də sual altında qoyur. Sanki elə bir görüntü yaranır ki, dünyada heç bir dövlət İsraili dayandıra bilməz və Təl-Əviv hədsiz dərəcədə sərbəstdir. Düzdür, əksər militarist düşüncəli yəhudi siyasətçilər növbəti hədəf kimi Türkiyəni qələmə verirlər. Lakin, reallıqda İsrailin Türkiyə ilə birbaşa hərbi qarşıdurmaya girmək potensialı yoxdur. Zənnimcə tərəflərin bir-birinin maraqlarına zərbə endirmək və kəşfiyyat xidmətlərinin görünməyən mübarizəsi bundan sonra daha da şiddətlənəcək.Siyasi şərhçi Pərviz Mirizadə.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
newscenter.az

2Sources