Belarus Xarici İşlər Nazirliyi Polşa və Latviyanın Belarus sərhədi boyunca hava məkanını bağlamaları barədə bəyanat yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda qərar pislənilib.
Nazirlikdən bildirilib ki, Polşa və Latviyanın uydurma bəhanələrlə belə qərar qəbul etmələri anlaşılmazdır: "Xüsusən də ABŞ-ın Belarusun “Belavia” aviaşirkətinə qarşı sanksiyaları ləğv etməsi kontekstində bu qərar absurddur və qətiyyətlə pislənilir. Bu, eyni zamanda, Avropa İttifaqına və onun tərəfdaşlarına ciddi ziyan vuracaq, beynəlxalq sərnişin və yük daşımalarında mövcud çətinlikləri daha da gücləndirəcək. Həmçinin, qarşı tərəfin və Avropa İttifaqının özünütəcridini dərinləşdirəcək".
Lamiyə
MİA.AZ