EN

Arıqlamağa kömək edən MƏŞHUR İÇKİ

Braziliyanın Cruzeiro do Sul Universitetinin alimləri yaşıl çayın piylənmə və maddələr mübadiləsinə təsiri ilə bağlı yeni elmi nəticələr təqdim ediblər.

Publika.az xəbər verir ki, araşdırma nəticələri "Cell Biochemistry & Function" jurnalında dərc olunub.

Araşdırmada deyilir ki, siçanlarda yaşıl çay ekstraktının uzunmüddətli istifadəsi çəkinin azalmasına, insulinə həssaslığın artmasına və piylənməyə xas olan əzələ toxumasındakı pozuntuların qarşısının alınmasına səbəb olur.

Professor Rozemari Ottonun rəhbərlik etdiyi komanda artıq 15 ildən çoxdur yaşıl çayın təsirini öyrənir.

“Məni həmişə maraqlandırırdı ki, çayın arıqlatmağa kömək etdiyi iddiası nə dərəcədə doğrudur. İndi görürük ki, bu təsir təkcə real deyil, həm də dərin metabolik mexanizmlərlə bağlıdır,” — deyə Otton bildirib.

Təcrübədə siçanlar əvvəlcə şokolad, peçenye və qatılaşdırılmış südlə qidalanıb. Daha sonra heyvanların bir hissəsinə 12 həftə ərzində insan üçün təxminən üç fincana bərabər dozada yaşıl çay ekstraktı verilib. Nəticədə siçanların bədən çəkisi azalıb, qlükozanın mənimsənilməsinə cavabdeh olan genlərin fəaliyyəti bərpa olunub və əzələ lifləri normal diametrini qoruyub — bu da atrofiya riskinin azaldığını göstərir.

Tədqiqatın əsas özəlliyi siçanların termoneytral şəraitdə (28 °C) saxlanılması olub. Adətən bu cür eksperimentlər 22 °C-də aparılır, bu isə siçanlar üçün xroniki soyuq sayılır və enerji sərfiyyatını artırır.

Chosen
9
4
publika.az

5Sources