EN

Minsk Çindən 200 milyon rubldan çox borc alacaq...

2025-2026-cı illərdə Belarus hökuməti tibb müəssisələrini avadanlıqla təchiz etmək üçün Çindən 205 milyon rubl kredit götürəcək.

SİA-nın məlumatına görə, müvafiq qərar Milli Hüquq İnternet Portalında dərc olunub.

Kredit Çin İxrac-İdxal Bankından 474,1 milyon yuan (Milli Bankın sentyabrın 11-nə olan məzənnəsi ilə bu, 205 milyon rubldan çoxdur) məbləğində götürüləcək.

Kreditin qaytarılma müddəti 20 ildir.

Vəsait səhiyyə təşkilatlarının tibbi avadanlıqla təchiz edilməsi layihəsinin həyata keçirilməsinə sərf olunacaq.

Sənəddə bunun güzəştli kredit olacağı qeyd edilsə də, hansı şərtlərlə və hansı faizlə göstərilmir.

Əli Babayev

Chosen
7
1
sia.az

2Sources