EN

“Atletik” Laportun qeydiyyatı üçün FIFA-dan icazə aldı

“Atletik Bilbao” klubu “Əl-Nəsr”in müdafiəçisi Emmerik Laportun qeydiyyatı üçün FIFA-dan icazə alıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun yenidən “Atletik”ə qayıdışı əvvəlcə Səudiyyə Ərəbistanı klubunun sənədləri vaxtında təqdim etməməsi səbəbindən baş tutmamışdı.

Klubun bəyanatında qeyd olunur:

“FIFA futbolçunun beynəlxalq transfer sertifikatının (CTI) alınması üçün ərizənin təqdim edilməsinə icazə verib. FIFA, İspaniya Kral Futbol Federasiyasına (RFEF) Səudiyyə Ərəbistanı Futbol Federasiyasından beynəlxalq transfer sertifikatını əldə etməyə imkan yaradıb. CTI təsdiqlənən kimi ‘Atletik’ Emmerik Laportu rəsmi olaraq qeydiyyatdan keçirə biləcək.”

Xatırladaq ki, Laport “Atletik”in yetirməsidir və 2018-ci ilin yanvarında 65 milyon avro qarşılığında “Mançester Siti”yə transfer olunub. İki il əvvəl isə ispan futbolçu Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubuna keçib. Hazırda həmin komandada portuqaliyalı ulduz Kriştianu Ronaldu da çıxış edir.

Chosen
53
90deqiqe.az

1Sources