EN

Paşinyan Azərbaycanın növbəti şərtini qəbul etdi



Ermənistan Baş naziri N. Paşinyan Azərbaycanın növbəti şərtini qəbul edib. Ermənistan 2026-cı il dövlət büdcəsindən orduya ayrılan vəsaiti azaldıb. Bu, Ermənistanın hücum silahları almamasına əsaslanir. Ermənistan əvvəlki illərdə hücum silahları almaq üçün orduya ayrılan vəsaiti hər il artırırdı. Hindistandan iki il ərzində alınan raket sistemləri məhz bu müstəvidə həyata keçirilirdi. Ermənistan tərəfi sülh müqaviləsində maraqlıdırsa, təbii ki, silahlanmaya ayrılan vəsaiti azaltmalı idi.
Ermənistan hakim partiyası qurultaya gedir. Qurultaydan sonra, seçkilərə hazırlıq prosesi başlayacaq. Seçkiləri pozmaq və hakimiyyəti zorla ələ keçirmək planına malik müxalifət-kilsə tandemi revanşa hazırlaşır. Bugün N. Paşinyanın hədəfində Baş keşiş İkinci Qarageni istefaya məcbur etməkdir. İkinci Qaregin N. Paşinyana qarşı seçkilərdə aktiv şəkildə problem yarada bilər. Ona görə də ikinci Qarageni devirmək üçün növbəti aylarda ona qarşı təzyiqlər həyata keçirilməsi istisna deyil. İkinci Qareginin istefaya göndərməsi mümkün olacaq. Çünki, N. Paşinyan Ermənistan daxilində heç bir mərkəzə və quruma uduzmayıb. Güclü olan ordunu da özünə tabe etdi. Təbii ki, kilsə ideoloji və xalqın inam yeridi. Amma, xalqın Kimsəyə inamı yoxdur. Çünki, ikinci Qaregin erməni xalqına sülh yox, müharibə vəd edir. Bu da N. Paşinyanın əlini gücləndirir.
Chosen
20
2
newscenter.az

3Sources