EN

Ukrayna ilə heç-heçəyə görə futbolçularımız MÜKAFATLANDIRILDI

Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə heç-heçə (1:1) etdiyi matça görə mükafat alıb.

Milli.Az xəbər verir ki, bunu "Qafqazinfo"ya AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov açıqlayıb.

O bildirib ki, komanda 1 xal qazandığı matça görə mükafat alıb: "Amma rəqəmi açıqlaya bilmərik".

Qeyd edək ki, sosial şəbəkələrdə və mediada milli komandanın Ukrayna ilə 1:1-lik heç-heçə etdiyi matça görə mükafatlar aldığı barədə məlumatlar yayılıb. Bu məlumatlarda AFFA-nın hər futbolçuya 10-25 min manat arası mükafat verildiyi yazılıb.

AFFA rəsmisi isə bu xəbərlərə münasibət bildirməyib.

Milli.Az

Chosen
10
20
milli.az

10Sources