Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Polşada baş vermiş PUA hücumu ilə bağlı fövqəladə iclasını cümə günü, 12 sentyabr tarixində keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə Polşanın BMT-dəki daimi nümayəndəsi Kşiştof Şçerski məlumat verib.
Onun sözlərinə görə, iclas Polşa tərəfinin təşəbbüsü ilə təşkil olunub və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası cümə günü, Polşa vaxtı ilə saat 21:00-da keçiriləcək”, – deyə Şçerski bildirib.