EN

Turqund Herat dəmir yolu Əfqanıstana Orta Dəhlizlə ticarət əlaqələrini genişləndirmək imkanı verəcək

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 11 sentyabr, AZƏRTAC

Növbəti 2 il ərzində Qazaxıstan hökuməti Turqund-Herat dəmir yolu xəttini istismara verəcək. 2026-2027-ci illər ərzində çəkiləcək dəmir yolunun uzunluğu 120 kilometr olacaq.

AZƏRTAC “Asia-Plus” saytına istinadla xəbər verir ki, bu fikri Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov hökumətin iclasında deyib.

Onun sözlərinə görə, hazırda bəzi investisiya təşkilatları ilə layihənin maliyyələşdirilməsi istiqamətində danışıqlar aparılır. Nazir müavini əlavə edib ki, çəkiləcək dəmir yolu ilə Qazaxıstan Hindistan və Pakistan bazarlarına çıxış əldə edəcək. Əfqanıstanın isə Orta Dəhliz vasitəsilə ticarət əlaqələrini genişləndirmək imkanı əldə edəcək.

Qeyd olunan dəmir yolu vasitəsilə Qazaxıstan tranzit funksiyasını da yerinə yetirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
2
azertag.az

3Sources