EN

Polkovnik Cəlil Xəlilov şəhid Abakar Hacıyevin ailəsini ziyarət edib (FOTO)

Bakı. Trend:

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatınınsədri polkovnik Cəlil Xəlilov 8 sentyabr 2025-ci il tarixindəZaqatala rayonunda Vətən müharibəsi şəhidi Hacıyev Abakar Məhəmmədoğlunun ailəsini ziyarət edib.

Trend xəbərverir ki, şəhidin ailə üzvləri ilə görüşən təşkilat sədri 8 Noyabrzəfərinin əldə edilməsində şəhidlərimizin tarixi rolundan danışıb,bu qələbəyə məhz onların fədakarlığı nəticəsində nail olunduğunuvurğulayıb.

Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhidlərimizin Vətənmüharibəsində göstərdiyi qəhrəmanlıqlar illər, əsrlər sonra datəbliğ edilməli, bu qəhrəmanlıq gələcək nəsillərə örnəkolmalıdır.

Şəhidlərin xalqımızın mənəvi sərvəti olduğunu söyləyən polkovnikCəlil Xəlilov, dövlət başçısının şəhidlərə, onların ailə üzvlərinəolan münasibətinin hər kəs üçün örnək olduğunu bildirib.

Gəlişinə görə təşkilat sədrinə təşəkkürünü bildirən şəhidin ailəüzvləri Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi sonsuzqayğı və diqqətdən danışıb, buna görə dövət başçısına təşəkkürediblər.

Polkovnik
Polkovnik
Polkovnik
Polkovnik
Polkovnik
Polkovnik
Chosen
11
3
az.trend.az

5Sources