EN

Çarli Kirkin sui-qəsdində istifadə olunan s ilah tapılıb

Ajans.az xəbər verir ki,bu barədə Fox News FTB-nin nümayəndəsi agent Robert Bolesin xüsusi mətbuat konfransında verdiyi açıqlamaya istinadən məlumat yayıb. Boles bildirib ki, silah atıcının hadisədən sonra qaçdığı meşəlik ərazidə tapılıb və hazırda FTB laboratoriyası tərəfindən təhlil edilir. O, həmçinin qeyd edib ki, FTB atəş açdığı iddia edilən şəxsin fotosuna sahibdir, lakin istintaqın gedişində həmin şəkil ictimaiyyətə təqdim olunmayacaq.

Əvvəlki məlumatlara görə, Kirk Utah Valley Universitetində tələbələrlə görüş zamanı şəhərciyin yaxınlığındakı binalardan birinin damından açılan atəşlə vurula bilərdi. Bu barədə CNN Yuta ştatının İctimai Təhlükəsizlik Departamentinə istinadən xəbər vermişdi.

Chosen
18
Ajans.az

1Sources