EN

Ciorcia Meloni Polşa ilə həmrəyliyini ifadə edib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Roma, 11 sentyabr, AZƏRTAC

İtaliyanın Baş naziri Ciorcia Meloni Polşanın hava məkanının pozulmasına münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, Baş nazir İtaliya hökuməti adından Rusiyanın Polşanın hava məkanını və Atlantik Alyansı ciddi və qəbuledilməz şəkildə pozmasına görə Polşa ilə tam həmrəyliyini bildirdiyini deyib.

“İtaliya Ukraynadan başlayaraq Avropanın təhlükəsizliyini təmin etmək, ədalətli və davamlı sülhə nail olmaq üçün fəaliyyətini davam etdirəcək”, - deyə Ciorcia Meloni vurğulayıb.

İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani isə Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozmasını çox ciddi və qəbuledilməz hərəkət adlandırıb. O qeyd edib ki, bu, bütün Avro-Atlantik bölgənin təhlükəsizliyinə hücumdur.

“Rusiyanın bu hərəkətləri Alyaskadakı zirvə görüşündə çıxılan yola açıq şəkildə ziddir”, - deyə Antonio Tayani bildirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
2
azertag.az

3Sources