BAKI, 11 sentyabr. TELEQRAF
“Zəngəzur dəhlizi” əvəzinə “Zəngəzur nəqliyyat qovşağı” adından istifadə etməliyik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.
Keçmiş prezident yerli KİV-ə müsahibəsində Zəngəzur dəhlizi məsələsinin həllini necə təsəvvür etdiyi soruşulduqda belə cavab verib:
“Zəngəzur dəhlizi” ifadəsindən istifadə etməkdən çəkinərdim, çünki bu, cəmiyyətimizin fəal təbəqəsində narazılıq doğurur. Ona görə də hesab edirəm ki, onun əvəzinə “Zəngəzur qəqliyyat qovşağı” ifadəsini işlətmək daha düzgün olardı”.