EN

Verner Peters: Bakı beynəlxalq yükdaşımalar zəncirində əsas halqadır VİDEO

Bakı, 11 sentyabr, AZƏRTAC

Son illərdə Orta Dəhliz Çindən Avropaya yüklərin daşınması üçün mühüm alternativ kimi özünü təsdiqləyib.

Bu barədə AZƏRTAC-a açıqlamasında Almaniyanın “NFident GmbH” şirkətinin biznesin inkişafı üzrə meneceri Verner Peters deyib.

O bildirib ki, bu dəhlizin tam təchizat zəncirində Bakının rolu həlledicidir: “Bizim Qazaxıstanın Aktau, Kurık və Türkmənbaşı limanlarında ofislərimiz var, lakin bütün daşımaların mərkəzləşdiyi əsas halqa Bakı limanıdır. Hazırda Bakı limanı sürətlə genişlənir, mərhələli şəkildə yeni körpülər inşa olunur, yükaşırma gücü artırılır. Bu, artan yük axınını qəbul etmək baxımından çox vacibdir”.

Verner Peters vurğulayıb ki, rəqəmsallaşma sahəsində fəaliyyət göstərən şirkətləri Bakı ilə tərəfdaşlığa cəlb etmək mümkündür: “Bizim unikal proqram təminatımız var və bu, yüklərin effektiv idarəolunmasına imkan verir. Bakı ilə əməkdaşlıq edərək bu həlləri tətbiq etmək istəyirik. Azərbaycanın Gürcüstan üzərindən yeni nəqliyyat dəhlizləri ilə Avropaya çıxışı isə regionun – Azərbaycanın, Qafqazın və MDB ölkələrinin iqtisadi inkişafı və rifahı üçün yeni imkanlar açacaq”.

Chosen
5
3
azertag.az

4Sources