EN

ABŞ bu Belarus şirkətinə qarşı sanksiyaları ləğv etdi

ABŞ Belarusun “Belavia” aviaşirkətinə tətbiq olunan sanksiyaları rəsmi şəkildə ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüş zamanı ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Con Koul məlumat verib.

Onun sözlərinə görə, qərar Trampın birbaşa göstərişi ilə verilib:

“Prezident dedi ki, bunu dərhal edin. Bu qərar artıq bütün aidiyyəti nazirlik və qurumlar - Dövlət Departamenti, Ticarət Nazirliyi, Maliyyə Nazirliyi və digərləri tərəfindən təsdiqlənib”.

Con Koul əlavə edib ki, bu, rəsmi və yekun qərardır.

Chosen
10
1
axar.az

10Sources