EN

Pezeşkian: “Azərbaycanla əlaqələrdə yeni imkanlar var”

AzVision.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian ölkənin şimal-qərbində yerləşən Ərdəbil əyalətində investorlar və sahibkarlarla görüşündə belə deyib.

“Azərbaycanla həmsərhəd olan Ərdəbil əhəmiyyətli potensiala malikdir və regionun inkişafına yeni yanaşma ilə bir çox iqtisadi problemləri həll etmək olar. Böyük potensiala malik bu regionda iqtisadiyyatı yeni strategiya ilə inkişaf etdirmək mümkündür”,- İran prezidenti vurğulayıb.

Məsud Pezeşkian bu gün Ərdəbildə bir sıra layihələrin istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirlərdə də iştirak edib.

Sahil İsgəndərov
AzVision.az
Chosen
44
azvision.az

1Sources