EN

"Qarabağ" iki nigeriyalı futbolçu transfer etdi

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının oyunları üçün heyətinə iki nigeriyalı futbolçu cəlb edib. 

Bu barədə "Report"a Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov məlumat verib.

O, sözügedən ölkənin "Beyond Limit" akademiyasından iki oyunçunu transfer etdiklərini söyləyib: 

"Həmin klubla münasibətlərimiz var idi. Müraciət etdik və oyunçularını bizə yönləndirdilər. Onlar vinger Muyideen Olude və hücumçu Toheeb Abiodundur. Hər ikisi viza məsələsi həll edilmədiyi üçün ilk matçı buraxacaq".

Chosen
32
33
demokrat.az

10Sources