EN

“Azərsun Holdinq” “Bakı Su Həftəsi”ndə təmsil olunur

Fəaliyyətində dayanıqlıq prinsipini prioritetdə tutan “Azərsun Holdinq” Bakı Ekspo mərkəzində təşkil olunan “Bakı Su Həftəsi” sərgisində iştirak edir.

Sərgi çərçivəsində “Azərsun Holdinq” öz istehsal müəssisələrində tətbiq etdiyi innovativ texnologiyalar və resurslara qənaət yönümlü həlləri təqdim edir. Şirkətin stendində suyun təkrar istifadəsi, emal texnologiyalarının təkmilləşdirilməsi və dayanıqlı istehsal prinsipləri barədə məlumat verilir.

Xüsusilə vurğulanmalıdır ki, “Azərsun Holdinq”in həyata keçirdiyi modernizasiya və texnoloji yeniliklər nəticəsində, son 5 il ərzində ümumilikdə 2.430.684 m³ suya qənaət edilib. Bu göstərici şirkətin ekoloji məsuliyyət və davamlı inkişaf prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.

Ölkənin aparıcı sənayə və istehsalat şirkətlərindən olan “Azərsun Holdinq” su ehtiyatlarının qorunması, daha sağlam və yaşıl gələcək naminə bir sıra sosial layihələr həyata keçirməyə davam edir.

 

Chosen
3
18
anews.az

10Sources