EN

Hərbi xidmət müddətini 6 ay azaltmaq təklif edilir – Ermənistanda…

Ermənistan Müdafiə Nazirliyi mülki hərbi xidmət müddətinin 2 ildən 1 il 6 aya endirilməsini nəzərdə tutan layihə hazırlayıb.

Layihə “e-draft.am” saytında dərc edilib və müzakirəyə çıxarılacaq.

Hərbi xidmətə çağırılanların sayının müqavilə əsasında xidmət edən hərbçilərin sayının artırılması ilə azaldılması planlaşdırılır.

Təşəbbüsün 2026-cı ilin yay çağırışından tətbiq olunması nəzərdə tutulur./APA

Chosen
11
13
tribunainfo.az

10Sources