EN

Azərbaycanda su tarifləri dəyişir: Belə hesablanacaq RƏSMİ AÇIQLAMA

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Gələcəkdə Azərbaycanda müxtəlif kateqoriyalı istehlakçılar üçün differensiallaşdırılmış su tariflərinin tətbiqi planlaşdırılır".

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Su Ehtiyatlarının Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin rəisi Rafiq Aslanov məlumat verib.

Onun sözlərinə görə, təşəbbüsün məqsədi ədalətli bölgü təmin etmək, aztəminatlı ailələrə dəstək, eyni zamanda sudan daha çox istifadə edən sahibkarlar üçün ayrıca tarif müəyyənləşdirməkdir.

"Söhbət qiymətlərin artırılmasından yox, istehlakçı kateqoriyaları arasında fərqlərin nəzərə alınmasından gedir. Ancaq tariflərdə mümkün dəyişikliklə bağlı qərar aidiyyəti qurumların səlahiyyətindədir", - Aslanov vurğulayıb.

O, həmçinin su ehtiyatlarından səmərəsiz istifadənin qarşısının alınması, transsərhəd çaylara nəzarətin gücləndirilməsi, su obyektlərinin uçotunun düzgün aparılması, ətraf mühitin mühafizəsi, əhalinin və sahibkarların maarifləndirmə səviyyəsinin yüksəldilməsini də prioritet istiqamətlər sırasında olduğunu qeyd edib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
cebheinfo.az

2Sources