Avstraliyanın Kvinslend əyalətində yaşayan 94 yaşlı Betti Qreqori doğum gününü 3 600 metr yüksəklikdən paraşütlə tullanaraq qeyd edib.
Ölkə.az milli.az-a istinadən xəbər verir ki, bu, onun artıq beşinci paraşüt tullanışı olub. Betti tullanmağa hələ 1940-cı illərdə Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrində xidmət etdiyi zaman həvəs göstərib, lakin o dövrdə qadınlara bu imkan verilməyib.
Betti Qreqori bu istəyini yalnız 1970-ci ildə reallaşdıra bilib. O vaxtdan bəri Betti Qreqori dörd doğum gününü paraşütlə tullanaraq qeyd edib.
Onun 94-cü ad günündən görüntüləri təqdim edirik: