EN

"Apple" "iPhone" qiymətini 2 min dollara qaldırmağı planlaşdırır

“Apple” korporasiyası yeni “iPhone”nun qiymətini 2 min dollara qaldırmağı planlaşdırır.

FED.az xəbər verir ki,  bu barədə “Bloomberg” agentliyi bildirir. 

Agentliyin məlumatına görə, "Apple" 2017-ci ildə "iPhone X" modelini təqdim edəndə şirkət təkcə üz tanıma funksiyasını və çərçivəsiz ekranı tətbiq etmədi, həm də yeni bir kateqoriya – 1 min dollarlıq smartfon yaratdı. Bildirilir ki, satışa buraxılmasından səkkiz il keçməsinə baxmayaraq, qiymətlər cüzi artıb.

"Bloomberg" qeyd edir ki, "iPhone 17" təqdimatından əvvəl analitiklər ABŞ prezidenti Donald Trampın Çin mallarına tətbiq etdiyi tariflər səbəbindən əhəmiyyətli bahalaşma proqnozlaşdırırdı.

Lakin qiymət artımı gözləniləndən daha yumşaq oldu. Pro modellərin qiyməti 999 dollardan 1099 dollara qalxdı, amma “Apple” bunu qismən kompensasiya edərək cihazların baza yaddaş həcmini 256 GB-a qədər artırdı.

"Apple" tariflərdən yaranan əlavə xərcləri sonsuza qədər qarşılaya bilməyəcək və "iPhone" istehsalının Çindən Hindistana köçürülməsi də artan maya dəyəri problemini aradan qaldırmayacaq. Şirkət artıq 2 min dollarlıq “iPhone” dövrünün yaxınlaşdığına dair siqnallar verir, deyə məqalədə vurğulanır. "Bloomberg" qeyd edir ki, "iPhone 17 Pro Max" ilk dəfə olaraq 2 terabayt yaddaşa malik versiyanı 1999 dollara təklif edir. (Trend)

Chosen
13
2
fed.az

3Sources