Bakı. Trend:
Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləriarasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planınaəsasən, Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin nümayəndəheyəti ölkəmizə səfər edib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində hər iki ölkənin maliyyə üzrəhərbi mütəxəssisləri arasında görüş keçirilib.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsindəkeçirilən görüşdə müdafiə xərclərinin planlaşdırılması,maliyyələşdirilməsi, pul vəsaitlərinin uçotunun aparılması, eləcədə hərbi əmlakın uçotunun xüsusiyyətləri, pul təminatının və əməkhaqqının ödənilməsi qaydalarına dair müzakirələr aparılıb.
Görüş zamanı, həmçinin bir sıra digər məsələlər ətrafında genişfikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran suallarcavablandırılıb.