EN

Çarli Kirkin sui-qəsddən sonra daha bir videosu yayılıb - VİDEO

Respublikaçı bloqer Çarli Kirkin vurulmasından sonrakı ilk dəqiqələrin videosu ortaya çıxıb.

Qaziler.az xəbər verir ki, görüntüləri NBC NEWS yayımlayıb.

Kadrlardan görünür ki, çəkilişdən sonra bir neçə nəfər qaçaraq Kirki avtomobilə aparıb. Ətrafda hay-küy yaranıb, stadiondakı insanlar xaotik qaçmağa başlayıblar. Polis insanlardan Kirkə yaxınlaşmamağı xahiş edib.

Kirkə sui-qəsd sentyabrın 10-da ABŞ-ın Yuta ştatında törədilib. Fəal universitet şəhərciyində danışarkən təxminən 800 metr məsafədən boyun nahiyəsindən vurulub. ABŞ prezidenti Donald Tramp bloqerə sui-qəsddə təqsirləndirilən şəxsə ölüm cəzasının verilməsi ilə bağlı fərman imzalayıb. Sentyabrın 11-dən 14-dək bütün Amerikada dövlət bayraqları Kirkin şərəfinə yarıya endiriləcək.

Qeyd edək ki, Çarli Kirk vurulduqdan sonra xəstəxanada dünyasını dəyişib. Onun 31 yaşı var idi və sosial mediada 20 milyondan çox izləyicisi olub. O, Ukraynaya hərbi yardımın əleyhinə çıxıb və münaqişənin həlli üçün Rusiya ilə dialoqa çağırıb.

QAZİLER.AZ

Chosen
10
qaziler.az

1Sources