Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qərb tərəfindən rus mədəniyyətinin ləğvi ilə bağlı “dəhşətli” layihə “uğursuzluqla nəticələnib”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Və bu baş verə bilməzdi, amma Qərbdəki bu insanlar, onların siyasi elita adlanan müəyyən hissəsi, daha doğrusu, anti-elita, sadəcə olaraq, özlərini ifşa etdilər”, - diplomat əlavə edib.
O vurğulayıb ki, Rusiya mədəniyyətinin ləğvi istiqamətində uğursuz cəhdlərin təsdiqi, məsələn, hazırda Sankt-Peterburqda keçirilən Birləşmiş Mədəniyyətlərin Beynəlxalq Forumudur, çünki orada çoxlu sayda xarici qonaqlar iştirak edir.