EN

İngiltərə Futbol Assosiasiyası "Qarabağ"ın rəqibinə vaxt verdi

BAKI, 11 sentyabr. TELEQRAF

İngiltərə Futbol Assosiasiyası (FA) “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan Londonun “Çelsi” klubunu agentlərlə işlə bağlı qayda pozuntularında ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs “X” sosial şəbəkəsində məlumat yayıb.

“Çelsi”yə 2009–2022-ci illər ərzində agentlərin fəaliyyətinə dair FA qaydalarının 74 dəfə pozulması ilə bağlı ittiham irəli sürülüb. Əsasən bu pozuntular 2010/2011–2015/2016 mövsümlərinə, yəni klubun Roman Abramoviçə məxsus olduğu dövrə aiddir.

Klubun bu ittihamlara cavab verməsi üçün 19 sentyabra qədər vaxtı var.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 2025/2026 mövsümündə “Çelsi” 7 xal toplayaraq üç oyundan sonra ikinci pillədə qərarlaşıb. “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də “Tofiq Bəhramov” stadionunda keçiriləcək.

Chosen
106
teleqraf.com

1Sources