EN

Ankarada yeraltı təkan yaşanıb | VİDEO

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar Çankaya bölgəsində, “TRT” dövlət teleradio şirkətinin yaxınlığındakı evlərdə hiss olunub. Sosial şəbəkələrdə iaşə və ticarət obyektlərinin silkələndiyini əks etdirən videogörüntülər də yayılır. Lakin hazırda kritik vəziyyət yoxdur.

Təbii Fəlakətlərin ləğvi idarəsinin (AFAD) məlumatına görə, yeraltı təkanların maqnitudası 4,1 dərəcə təşkil edib. Zəlzələnin mərkəzi Kalecik bölgəsində 11,08 kilometrdə qeydə alınıb.


Sahil İsgəndərov
AzVision.az
Chosen
17
1
azvision.az

2Sources