EN

Azərbaycan məktəbləri boş qalıb - “Təhsil nazirinin xəbəri yoxdur!”

"Məktəbin 3 funksiyası var: müvafiq bilikləri vermək, tərbiyə vermək və fiziki hazırlığı gücləndirmək. Bunun üçü də indi yoxdur. Məktəblərimiz nə bilik verir, nə fiziki hazırlıq verir, nə də tərbiyə”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib. O bildirib ki, təhsilin əsas vəzifələrindən biri vətəndaş yetişdirməkdir:

“Təhsilin əsas vəzifələrindən biri vətəndaş yetişdirməkdir. Amma bu vətəndaşın hansı keyfiyyətləri olmalıdır? Sovet dövründə bu bəlli idi: fiziki hazırlıq, nəğmə oxumaq, dərnəklərdə iştirak etmək və s. Bəs bu nəhəng teatr ustaları və aktyorları harada yetişmişdi? Təbii ki, məktəbdə. Səməndər Rzayev, Həsənağa Turabov, Həsən Məmmədov, Əliağa Ağayev, Hamlet Xanızadə və digərləri məktəb dərnəklərində yetişib. Təhsil naziri hələ indiyə qədər bilmir ki, məktəbdə idman dərsi keçirilmir. Məktəbin 3 funksiyası var: müvafiq bilikləri vermək, tərbiyə vermək və fiziki hazırlığı gücləndirmək. Bunun üçü də indi yoxdur. Məktəblərimiz nə bilik verir, nə fiziki hazırlıq verir, nə də tərbiyə. Müəllimlər bütün bu tərbiyə komponentini üstlərindən götürüblər. Çünki uşaq məktəbə gəlmir”.  pizza hut

Etibar Əliyev qeyd edib ki, təhsil nazirinin məktəblərdən xəbəri yoxdur:

“Gedin baxın görün məktəblərdə idman meydançaları nə gündədir. Amma bu adam bilmir ki, məktəbdə idman dərsi keçirilmir. Məktəbdə musiqi dərsi keçirilmirsə, nəğmə oxuyanların potensialı harada üzə çıxacaq? Böyük artistlər, aktyorlar haradan yetişib? Məktəb dərnəklərindən. Yeni menecerlər bütün bunları artıq yoxa çıxarıb. Vətəndaş, şəxsiyyət yetişdirməyin yolu haradadır? Orta məktəbdə. Uşaqlar idman geyinib idman etmir. Plaşda, gödəkcədə, cins şalvarda idman dərsinə girirlər. Təhsil nazirinin məktəblərdən xəbəri yoxdur. Mədəniyyət nazirliyi gəlib baxmalıdır ki, məktəblərdə dərnəklər keçirilir ya yox? Bəlkə oradan bir istedad yüksəldi? Nəhəng Azərbaycan aktyorlarının, rejissorlarının hamısı məktəb dərnəklərindən yetişiblər”.

Xatırladaq ki, Elm və Təhsil naziri Emin Əmrullayev ötən gün qatıldığı tədbirlərin birində bildirib ki, fiziki tərbiyə dərslərinə sadəcə adi fənn kimi deyil, gənc nəslin sağlam və hərtərəfli inkişafı üçün vacib sahə kimi yanaşılır. Nazirin bu açıqlaması sosial mediada birmənalı qarşılanmayıb. Bir çox valideynlər və müəllimlər məktəblərdə fiziki hazırlıq, təsviri incəsənət, texnologiya və musiqi kimi dərslərin aktiv formada keçirilməməsindən gileylənib. Keçmiş deputat Etibar Əliyev isə öz “Facebook” səhifəsində nazirin sözügedən açıqlamasını kəskin tənqid edib.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
71
yenisabah.az

1Sources