EN

Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert

“Elm və Təhsil Nazirliyinin bu gün keçirilən brifinqi bir daha göstərdi ki, ölkədə təhsil mediasının formalaşması vacibdir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli çıxış edib.

M.Məmmədli bildirib ki, nazirə ünvanlanan suallar açıq şəkildə ortaya qoydu ki, strateji sahə olan təhsilə mediada yanaşma hələ də səthi xarakter daşıyır:

“Necə ki, redaksiyalarda idman, mədəniyyət və iqtisadiyyat üzrə ixtisaslaşmış yazarlar var, eləcə də təhsili dərindən anlayan, qanunvericiliyi izləyən, terminologiyanı bilən və problemləri araşdıra bilən jurnalistlərə ehtiyac var”.

Ekspert bildirib ki, sadəcə brifinqdən sitatlar paylaşmaqla informasiya ötürmək mümkün deyil:

“Təhsil sahəsində baş verənləri dərk etmək, qanunları oxumaq və mövzunu peşəkar araşdırmaq lazımdır. Bu gün peşəkar təhsil jurnalistikasına ehtiyac, bəlkə də heç vaxt olmadığı qədər aktuallaşıb. Bu istiqamətdə təlimlər, seminarlar və təşəbbüslərin həyata keçirilməsi zəruridir”.

Xəbər 45 dəfə oxunub.
Chosen
67
xezernews.az

1Sources