Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Naxçıvan, 11 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 79 milyon 628 min 160 ABŞ dollar olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ticarət dövriyyəsinin 9 milyon 72 min 880 dollarını və ya 11,4 faizini ixrac olunmuş məhsulların, 70 milyon 555 min 280 dollarını və ya 88,6 faizini isə idxal məhsullarının dəyəri təşkil edib.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 8,7 faiz, o cümlədən idxal 11,7 faiz azalıb, ixrac isə 24,5 faiz artıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.