EN

Ceyhun Bayramov Serbiya Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviçlə görüşüb

11 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasınınxarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının Xariciİşlər Nazirliyinin dövlət katibi Damyan Yoviçi qəbul edib.

Görüş zamanı, Azərbaycan-Serbiya strateji tərəfdaşlığınınmüxtəlif aspektləri, o cümlədən regional və beynəlxalqtəhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinininkişafında liderlərarası təmasların oynadığı rolun vacibliyivurğulanıb. Münasibətlərin əsasında duran bir-birinin ərazibütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyin əhəmiyyətiqeyd olunub.

Nazir Ceyhun Bayramovun ötən il Serbiya Respublikasının SəfirlərMüşavirəsində iştirak və çıxışı məmnunluqla xatırlanıb.

Tərəflər həmçinin, iki ölkə arasında müxtəlif, o cümlədənenerji, müdafiə, humanitar, təhsil və s. istiqamətlər üzrəəməkdaşlıq barədə müzakirələr aparıblar.

Diplomatik akademiyalar arasında əməkdaşlığa dair imzalanmışAnlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib.

Görüş zamanı, o cümlədən regional və beynəlxalq təşkilatlarçərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsiaparılıb.

Eyni gündə, Azərbaycan və Serbiya Xarici İşlər Nazirlikləriarasında siyasi məsləhətləşmələr keçirilib. Siyasiməsləhətləşmələrə Azərbaycan Respublikası tərəfindən xarici işlərnazirinin müavini Fariz Rzayev, Serbiya Respublikası tərəfdən isəXarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç rəhbərlikedib.

Chosen
42
27
az.trend.az

10Sources