EN

Polşa BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edir

Polşa Rusiya pilotsuz uçan aparatlarının hava məkanına müdaxiləsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib.

Herbiand.az xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin cümə axşamı, sentyabrın 11-də yaydığı bəyanatda deyilir:

"Polşanın xahişi ilə Rusiyanın Polşanın hava məkanını pozması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçiriləcək"

Bundan əlavə, Polşa hakimiyyəti Polşanın hava məkanının pozulmasına cavab olaraq, Belarus və Ukrayna sərhədi yaxınlığında uçuşları üç ay müddətinə məhdudlaşdırıb. Polşanın Hava Naviqasiya Xidmətləri Agentliyi və Silahlı Qüvvələrin Əməliyyat Komandanlığının məlumatına görə, “milli təhlükəsizliyin təmin edilməsi məqsədilə” tətbiq edilən bu tədbir bu il sentyabrın 10-dan dekabrın 9-dək qüvvədə olacaq.

Chosen
68
herbiand.az

1Sources