EN

İtaliyanın Baş naziri: Miqrant alverinə qarşı hər vasitə ilə mübarizə aparırıq

ain.az bildirir, Azertag portalına istinadən.

Roma, 11 sentyabr, AZƏRTAC

Miqrant alverinə qarşı hər vasitə ilə mübarizə aparırıq, nəticədə ölkəyə qeyri-qanuni yollarla gələnlərin sayı azalır.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.

O bildirib ki, dünyanın ən gəlirli cinayət fəaliyyətlərindən biri olan miqrant alveri 2024-cü ildə miqrasiya yolları boyunca 9 mindən çox insanın ölümünə səbəb olub. İtaliya hökuməti dözülməz müasir köləlik forması olan miqrant alverinə qarşı bütün vasitələrlə mübarizə aparmaq niyyətindədir.

Ciorcia Meloni vurğulayıb ki, İtaliya və Avropada qeyri-qanuni miqrantların, dənizdə ölənlərin və itkinlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Bu, miqrant qaçaqmalçılığının idarə oluna biləcəyinin sübutudur.

Baş nazirə görə, qanuniliyi birinci yerə qoyan, dəniz mafiyası ilə mübarizə aparan və miqrasiyanın əsas səbəblərini həll etməyə qadir olan əməkdaşlıq və inkişaf modeli quran konkret və mümkün alternativ var.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
4
azertag.az

5Sources