Azərbaycanlı futbolçu Vüqar Bəybalayevin toyu olub.
BAKU.WS xəbər verir ki, idmançının şad günü Sumqayıtdakı restoranlardan birində baş tutub.
Vüqar sevib-seçdiyi Günel adlı xanımla ailə qurub. Toya müğənni Nuran da təşrif buyurub.
Onun toya gəlişi gəlini ağladıb. Sənətçi səbəbkardan xəbərsiz səhnəyə çıxıb. Buna görə də onu görən gəlin göz yaşlarını saxlaya bilməyib.
Məlum olub ki, bəy xanımına sürpriz edərək müğənni Nuranı toya dəvət edib.
Toydan olan həmin kadrları təqdim edirik: