EN

Zəngəzur dəhlizi Rusiyanın Cənubi Qafqaz planlarını darmadağın etdi - ŞƏRH

Yazını böyüt
Yazını kiçilt

"ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında sülh müqaviləsinin paraflanması, Zəngəzur dəhlizi ilə bağlı razılığın əldə edilməsi təbii ki, Rusiyanın Cənubi Qafqazla bağlı planları üzərindən xətt çəkmiş olur".

Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Vüqar Dadaşov bildirib.

Ekspert vurğulayıb ki, Rusiya SSR-i dağıldıqdan sonra Cənabi Qafqaz respublikalarını, xüsusən də Azərbaycan və Ermənistanı Qarabağ kartından istifadə etməklə, Gürcüstanı isə Abxaziya və Osetiya vasitəsi ilə nüfuz dairəsində saxlayırdı:

"Təbii ki, Vaşinqton razılaşmasının əldə olunması Rusiyanın imkanlarını məhdudlaşdırıb. Minsk qrupunun da buraxılması Rusiyanı yeni təsir imkanlarının yaradılması üçün hərəkətə sövq edib. Sözsüz ki, Rusiyanın Qafqazdan çıxmaq fikri yoxdur. Ancaq Amerikanın təşəbbüsü ilə əldə olunmuş razılaşmanı, Rusiyanın Ukraynada apardığı müharibəyə ABŞ-ın müdaxiləsi müqabilində Ermənistan və Azərbaycan arasında və həm də Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı qəbul edə biləcəyinə işarə edirdi. Rusiya Ukrayna tələblərindən geri çəkilmədiyinə görə, ABŞ Tramp və Putinin Alyaska görüşündən sonra Ukraynaya hərbi dəstəyini artırdı. Hal-hazırda Ukrayna uğurlu əks hücumlar həyata keçirir. Digər tərəfdən, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında məlum razılaşmalardan sonra Ermənistanla Azərbaycan arasında siyasi-diplomatik əlaqələrin bərpası, iqtisadi və komunikasiya xətlərinin qurulması, paralel olaraq Türkiyə və Ermənistan əlaqələrinin bərpası, sərhədlərin açılması regionda münaqişə ehtimalını sıfırlayır. Bu halda Rusiyanın Cənubi Qafqazda yeganə Ermənistanda qalan hər hansı hərbi bazasına ehtiyac aradan qalxır. Rus qoşunlarının Ermənistandan da çıxarılması nəticə etibarı ilə Rusiyanın bütünlüklə Cənubi Qafqazı itirməsi deməkdir. Ona görə də Rusiya Cənubi Qafqazda mövcudluğunu qorumaq üçün yeni planlarla hərəkətə keçib".

V.Dadaşov qeyd edib ki, Rusiya Xaric işlər naziri Lavrov iddia edir ki, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında razılaşma 2020–2022-ci illərdəki üçtərəfli sazişlərə əsaslanır. O, bu fikirlə təbii ki, Rusiyanın regionda mövqeyini qorumağa cəhd edir. Bu həm də Moskvanın hələ də prosesdə söz haqqının olduğunu göstərmək istəyidir. Ancaq bu halda da rəsmi Moskva ehtiyatlı diplomatik ritorikadan istifadə edir.

Ekspert bildirib ki, bunların ardınca Rusiyanın Polşa ərazisinə İranın "Şahid" PUA-ları ilə kütləvi müdaxiləsi, Rusiyanın istəklərinin ciddiyə alınması xəbərdarlığı kimi dəyərləndirilməlidir:

"Həmçinin, Rusiyanın Ukrayna müharibəsinindən sonra nümayişkarcasına NATO üzvü Polşa ərazisinə hərbi müdaxiləsi NATO birliyinin, ən əsası ABŞ-ın müttəfiqlərinə real münasibətinin yoxlanılması məqsədi də daşıya bilər. Ancaq fakt budur ki, Rusiyanın Polşa ərazisinə müdaxiləsinə NATO-nun reaksiyası Rusiyanın gələcək hərbi davranış İstiqamətini müəyyən edəcək. Hələlik isə kollektiv Qərbin verdiyi reaksiya əhəmiyyətsizdir. Rusiyanın açıq şəkildə NATO-ya meydan oxuması ən azı Çin, Şimali Koreya, İran kimi dövlətlərin razılığı ilə mümkün ola bilər. Amma Rusiyanın bu əməliyyatından sonra Ukraynaya hərbi yardım əhəmiyyətli və keyfiyyətli dərəcədə artırılacaq. Ukrayna Qərbin müdafiə xəttidir.

Təbii ki, Rusiya həm Ermənistana və Azərbaycana təsir imkanlarını itirdikdən sonra öz mövcudluğunu qorumaq üçün müəyyən hərbi addımlar ata bilər. İlk növədə Ermənistanda hakimiyyət dəyişikliyi, hətta bunun hərbi yolla həyata keçirilməsi mümkün sayılır. İndiki vəziyyətdə Rusiyanın Cənabi Qafqazda ən etibatlı siyasi dayağı məhz Gürcüstanda faktiki hakimiyyətiə nəzarət edən "Gürcü arzusu"dur. Rusiyanın Gürcüstanla bağlı açıq addımları mümkündür, hansı ki, Gürcüstan vasitəsilə regionda hərbi mövcudluğunu təmin edə bilər".

Chosen
61
50
hafta.az

10Sources